7 C
Baku
Thursday, December 12, 2024

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq.

Şərqi Azərbaycan əyalətinin Regional Su İdarəsinin rəisi Yusif Qafarzadə deyib:

“İran-Azərbaycan sərhəd məntəqəsində yerləşən “Qız Qalası” bəndi 2 ay ərzində tamamlanıb istifadəyə veriləcək. Gələn ay İran və Azərbaycan arasında ən böyük olan bu su bəndinin açılışına hazırlıq məqsədilə qeyri-rəsmi istismara başlanacaq”, – deyə, o, əlavə edib.

Onun sözlərinə görə, Araz çayı üzərində Qız Qalası su bəndinin tikintisi ilə 2 milyard kubmetr suyun verilməsi mümkün olacaq və burada hər iki ölkənin 50% payı var.

Məlumata görə, bəndin tikintisinə 2005-ci ildən başlanılıb.

Son xəbərlər
Digər xəbərlər