İranın xarici işlər naziri Abbas Əraqçi Omana səfər edib.
Bu səfər İran və Oman arasında regional vəziyyət, xüsusən də Hörmüz boğazı məsələsi ilə bağlı ikitərəfli məsləhətləşmələrin davamı olacaq.
“Səfər zamanı İran və Omanın xarici işlər nazirləri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün zəruri mexanizmlərin işlənib hazırlanması məsələlərini müzakirə edəcəklər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.






