İran və Oman yaxın günlərdə Hörmüzdən keçid marşrutlarını elan edəcək – “Interfax”

İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçid üçün razılaşdırılmış beynəlxalq dəhlizi elan edəcək.

Banker.az Rusiyanın “Interfax” agentlyinə istənadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

“İranın idarə etdiyi yeni beynəlxalq dəhliz Omanla razılaşdırılıb və yaxın günlərdə elan ediləcək”, – deyə Rzayinin açıqlamasını İran dövlət mediası yayıb.

Onun sözlərinə görə, Hörmüz boğazından kənarda da yeni qadağan olunmuş zona yaradılacaq. Tehranla razılaşdırılmadan həmin əraziyə daxil olan gəmilər sanksiya siyahısına salınacaq. Zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayaraq Fars körfəzinin bəzi hissələrini, o cümlədən yükləmə limanlarına qədər ərazini əhatə edəcək.

Rzayi bildirib ki, Hörmüz boğazı “tamamilə bağlıdır və İran silahlı qüvvələrinin nəzarətindədir”. O, ABŞ-ın əks istiqamətdəki açıqlamalarını yalan adlandırıb.

İran rəsmisi ABŞ gəmilərini batırmamaq qərarının neft daşıdıqları və bunun regionun ekologiyasına zərər verə biləcəyi ilə bağlı olduğunu deyib.

Rzayi əlavə edib ki, ABŞ təhdid və aqressiyanı dayandırmayacağı halda Tehran Hörmüz boğazının açılması ilə bağlı öhdəlik götürməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər