2 C
Baku
Saturday, December 14, 2024

İran və Rusiya gələn il valyuta sazişi imzalamağı planlaşdırır

İranla Rusiya gələn ilin ilk rübündə valyuta sazişi imzalaya bilər.

Bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin qeyd edib bildirib.

Qeyd olunub ki, Moskva və Tehran milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməyi planlaşdırır.

“Gələn ilin birinci rübündə İran və Rusiya arasında valyuta sazişi imzalanacaq”, – deyə Fərzin qeyd edib.

Milli Bankın rəhbəri bildirib ki, imzalanacaq sənəd iki ölkəyə milli valyutalarla ticarət etmə imkanı yaradacaq.

Qeyd edək ki, Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Sənəd demək olar ki, razılaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bundan öncə dediyi kimi, saziş iki ölkə rəhbərlərinin növbəti görüşü zamanı imzalana bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər