1 C
Baku
Saturday, December 14, 2024

İran və Rusiya-Ukrayna məsələsindən gələn xəbərlərlə neft iki həftənin minimumunda

İran ilə nüvə danışıqları ilə paralel, ABŞ prezidenti Co Baydenin Rusiya lideri V.Putin arasında Ukrayna məsələsinin müzakirə edilməsi neftin qiymətində bir qədər eniş yaşatdı.

Brentin barreli ICE birjasında 41 sent, yaxud 0.45% ucuzlaşmaqla 90.98 dollara düşdüyü halda, Qərbi Texas neftinin NYMEX-dəki qiyməti 43 sent , yaxud 0.48% ucuzlaşmaqla 89.78 dollara düşdü.

Beləliklə, xam neft iki həftənin minimumlarına düşdü.

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib və hər iki tərəf bunu qəbul edib.

Yelisey Sarayı məlumatında deyilir: “Makron prezident Bayden və prezident Putin arasında, daha sonra isə Avropada təhlükəsizlik və strateji sabitlik üzrə bütün maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. Prezidentlər Bayden və Putin belə bir sammit ideyasını prinsipial olaraq qəbul etdilər”.

Qeyd olunur ki, sammit yalnız Rusiya Ukraynaya hərbi müdaxilə etməsə baş tuta bilər.

Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.

Əlavə edək ki, S.Ərəbistanı Krallığının energetika naziri bir daha təkrar etdi ki, neft və qaza yatırılan sərmayənin azalması son dövrlərdə enerji qiymətlərinin artmasına səbəb olub.

“Neft və qaz sənayesinə investisiyaların yatırılmaması enerji təhlükəsizliyini təhlükə altına qoyur. Bu da bazarda vəziyyətin pisləşməsinə və neftin qiymətinin artmasına səbəb olub. Hesab edirəm ki, neft və qaza investisiyaların azaldılması kampaniyası müsbət hal deyil” – deyə o bildirir.

Son xəbərlər
Digər xəbərlər