Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı Çinin vasitəçiliyi ilə Ər-Riyad ilə Tehran arasında münasibətlərin normala dönməsi alqışlanıb.
İki ölkənin xarici işlər nazirləri ilk fürsətdə bir-biri ilə görüşmək və səfirlik və konsulluqların yenidən açılması üçün hazırlıq görmək barədə razılığa gəliblər.