İsrailin səhər saatlarda İranın hərbi obyektlərinə zərbə endirməsi ardından Tehranda ABŞ dollarının qara bazardakı qiyməti 98 050 tümənə (və ya 980 500 rial – IRR) qədər bahalaşıb.
Banker.az xəbər verir ki, bu barədə tədavülü təşkil edən yerli valyutadəyişmə məntəqələri sosial şəbəkələrlə açıqlayıblar.
Bu da dolların tümənə nisbətdəki kursunun 24 saat ərzində 15 300 tümən və ya 18.5 faiz bahalaşması deməkdir. Ötən gün bu vaxtı bir dollar 83 150 tümən idi.
İran Mərkəzi Bankı isə hazırda bir 64 622 tümən (646 217 rial) ilə rəsmi məzənnə götürüb ki, qara bazardakı məzənnənin rəsmi məzənnədən 50%-dən çox baha dəyişdirilməsi deməkdir.
Bununla da tümənin ABŞ dollarına qarşı yeni anti-rekordunu qırmış olur.
İyunun 13-də gecə saatlarında İsrail, İrana qarşı hava və raket hücumları həyata keçirdi. Hücumlar əsasən Tehran, İsfahan və Natanz bölgələrində qeydə alınıb. Yerli vaxtla saat 03:20-də bir neçə güclü partlayış səsləri eşidilib. İranın hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb və bəzi hədəflərin vurulduğu bildirilib.
İsrailin əsas hədəfi İranın hərbi-sənaye obyektləri, dron istehsal mərkəzləri və raket anbarları olub. İsfahanda yerləşən hərbi bazalarda ciddi dağıntılar qeydə alınıb. Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri həlak olub. Daha bir general və iki polkovnikin də öldüyü bildirilir.
Tehran hökuməti hücumun nəticələrini “məhdud” adlandırsa da, yerli mənbələr bir neçə obyektin tamamilə məhv edildiyini yazır. İsrail Müdafiə naziri Yoav Qallant əməliyyatı “önləyici tədbir” adlandırıb. ABŞ hücumda iştirak etmədiyini bəyan edib. Regionda gərginlik kəskin şəkildə artıb. İran cavab tədbirlərini nəzərdən keçirir. Son məlumatlara görə 200 PUA İrandan İsrailə tərəf atılıb.