18 C
Baku
Monday, May 27, 2024

İran xarici işlər naziri Azərbaycana gəlir

Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:

“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, – deyə o bildirib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər