13 C
Baku
Friday, March 29, 2024

İran XİN: “ABŞ ciddi iradə ortaya qoysa, razılıq əldə oluna bilər”

Əgər ABŞ ciddi iradə ortaya qoyarsa, müzakirələrdə razılıq əldə oluna bilər.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İran və “4+1” ölkələri arasında yeni dövr müzakirələrin Qətərdə keçirilməsinə münasibət bildirən nazir qeyd edib ki, əgər ABŞ və digər üç Avropa ölkəsi bu dövr danışıqlarda həqiqi iradə ortaya qoyarsa, bütün tərəfləri razı salacaq nəticə əldə oluna və 2015-ci ildə əldə olunan sazişlərin öhdəlikləri icra edilə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər