21 C
Baku
Saturday, May 4, 2024

İran XİN: “Qarşılıqlı sanksiyalar elan ediləcək”

İran xarici işlər nazirliyinin (XİN) sözçüsü Nasir Kənani Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın bəzi rəsmilərinə və qurumlarına qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarını kəskin şəkildə pisləyib. Həmçinin, bunu beynəlxalq hüququn pozulması və İranın daxili işlərinə müdaxilənin bariz nümunəsi kimi qiymətləndirib.

“Təəssüflə qeyd etmək lazımdır ki, bu yanlış və qeyri-konstruktiv qərar İran xalqının düşmənlərinin siyasi məqsədləri, yalan məlumatı və yalan iddialarına əsaslanır”, – deyə o bildirib.

Kənani Aİ-nin qərarını etibarsız adlandırıb.

İranlı fərd və qurumlara qarşı bütün iddiaları rədd edən Kenani deyib ki, Avropa İttifaqı Nazirlər Şurasının qərarına cavab olaraq, Avropanın müvafiq qurum və şəxslərinə qarşılıqlı sanksiyalar tətbiq olunaraq, elan ediləcək.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər