8 C
Baku
Monday, November 18, 2024

İran yük maşınlarının Gorus-Qafan yolunda hərəkəti bərpa olunub

İran yük maşınları müəyyən fasilədən sonra Gorus-Qafan magistral yolu ilə hərəkətini bərpa edib.

Bu barədə “Sputnik Ermənistan”ın məlumatında deyilir.

Erməni mətbuatının bildirdiyinə görə, 2020-ci ilin dekabrında Azərbaycanın təhlükəsizlik qüvvələrinin Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini nəzarətə götüməsindən və gömrük məntəqəsi yaratmasından sonra buradan Ermənistan maşınlarının hərəkəti dayanıb.

Bu yola alternativ olaraq Ermənistan hakimiyyəti yolun Şinuhayr-Tatev-Aqvani-Qafan hissəsinin sürətləndirilmiş tikintisi və təmirinə başlamışdı.

İran və Gürcüstan vətəndaşları isə Azərbaycan gömrükçülərinə bir istiqamətdə hər avtomobil üçün 130 dollardan 280 dollara qədər rüsum ödəyirlər.

Yerli sakinlərin “Sputnik Ermənistan”ın dediyinə görə,  təxminən iki ay əvvəl İran yük maşınları yolda hərəkətini dayandırmışdı. Amma artıq bir neçə gündür ki, nəqliyyatın hərəkəti bərpa olunub. Və əvvəlkindən daha tez-tez hərəkət edirlər.

Qafan-Tatev-Şinuhayr yolunun vəziyyətinə gəldikdə, onun bərbad olduğu vurğulanır.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər