13 C
Baku
Friday, April 19, 2024

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 6.7 kiloqram artırıb

İran bu ilin sentyabr ayından bəri 60 %-dək zənginləşdirilmiş uran ehtiyatlarını 6.7 kiloqram artırıb.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) hesabatında deyilir.

Bildirilir ki, İran sentyabrda analoji hesabatın hazırlanmasından sonra mövcud uran ehtiyatlarını artırıb: “İranda oktyabrın 22-nə qədər 62.3 kiloqram 60 %-dək zənginləşdirilmiş uran olub. Bu da sentyabr ayı ilə müqayisədə 6.7 kiloqram çoxdur”.

Hesabatda qeyd edilib ki, bu ölkədə zənginləşdirilmiş uranın ümumi miqdarı 3673.7 kiloqram təşkil edib və bu da sentyabr ayı ilə müqayisədə 267.2 kiloqram azdır.

Nüvə silahının yayılmaması sahəsi üzrə ixtisaslaşmış ekspertlərin fikrincə, İranda 60 %-ə qədər zənginləşdirilmiş uranın hazırkı ehtiyatları daha zənginləşdirmə şərti ilə bir atom bombası istehsal etmək üçün kifayətdir.

Bundan başqa, AEBA-nın digər hesabatında deyilir ki, İran agentliyə bəyan edilməmiş 3 nüvə obyektində uran hissəciklərinin mənşəyi ilə bağlı hələ izahat verməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər