İqtisadi sanksiyalarla əlaqədar olaraq İranda inflyasiya ilə yanaşı qiymətlər də artmaqda davam edir.
Cari ilin aprel ayında istehlak mallarının qiyməti 51,4 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə ərzaq məhsullarının qiyməti 84 faiz artıb. Bu ilin 4 ayı ərzində milli valyuta olan rialın dəyəri 17 faiz aşağı düşüb.
Sanksiyalar səbəbindən İran istehsal etdiyi xam nefti dünya bazarına çıxara bilmir. Bu da valyuta gəlirlərinin azalmasına səbəb olub. Sanksiyalar İran iqtisadiyyatına 10 milyard dollar həcmində ziyan vurub.