İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb.
Bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, yeni qərarla bağlı İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali xəbər verib:
““İnstagram” və “WhatsApp” sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəklərinə dair öhdəlik götürənə qədər bu qadağa davam etdiriləcək”, – deyə Cəlali vurğulayıb.