15 C
Baku
Wednesday, April 24, 2024

İranda “WhatsApp” və instaqrama qoyulan qadağa daimi ola bilər

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “WhatsApp” və instaqrama qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.

Bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.

İranın rabitə naziri qeyd edib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:

“Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar”.

 

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər