17 C
Baku
Friday, May 3, 2024

İrandan Azərbaycan-Türkiyə birgə təlimlərinə etiraz

“Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir”.

IRNA xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib:

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər