21 C
Baku
Monday, April 29, 2024

İrandan Ermənistana ixracat 38 % artıb

İrandan Ermənistana ixracat 38 faiz artıb.

Bunu İranın ticarət sənayesi, dağ-mədən evinin inkişafı, beynəlxalq münasibətlər üzrə komitəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi bildirib.

Məlumata görə, İranla Ermənistan arasında bu ilin yazında qeyri-neft sektorunda ticarətin həcmi 335 000 ton, 101 747 000 dollar məbləğində olub.

R.Lətifi qeyd edib ki, ötən il İrandan Ermənistana qeyri-neft sektorunda ixracat 53 faizdən çox olub: “Bu tendensiya 2023-cü ilin yazında 38,4 faiz artaraq ötən ilin birinci rübünə bərabər olub”.

Mətbuat katibi qeyd edib ki, İrandan Ermənistana ixrac olunan məhsulların 22 faizini polad təşkil edib.

Xatırladaq, İranla Ermənistan indiki dövrdə ticarət dövriyyəsinin həcmini bir milyard dollara, bir müddət sonra bu rəqəmi üç milyard dollara çatdırmaq niyyətindədirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər