3 C
Baku
Saturday, December 14, 2024

İrandan gətirilən portağal və bibərdə karantin tətbiq olunan zərərli orqanizm aşkarlandı

İdxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində İran İslam Respublikasından idxal olunmuş “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq  portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

16788674691 jpeg 16788674692 jpeg

Son xəbərlər
Digər xəbərlər