14 C
Baku
Thursday, May 2, 2024

İrandan gətirilən zirincdə kif-maya göbələkləri, Rusiyadan gətirilən hind quşu filesində salmonella aşkarlanıb

Tədbirlər çərçivəsində cari ilin fevral ayında “BB 7” MMC tərəfindən ölkəyə gətirilmiş İran İslam Respublikasının “Maham Tejarat Dena Paydar” müəssisəsinin istehsalı olan  2000 kq zirinc, “AZNUR” MMC tərəfindən idxal edilmiş Belarus Respublikasının “AQROKOMBİNAT DZERJİNSKİY” müəssisəsinin istehsalı olan 1854 kq dondurulmuş toyuq filesi və “Azlat Food” MMC  tərəfindən idxal edilmiş Rusiya Federasiyasının “AGRO-PLYUS” MMC-nin istehsalı olan 900 kq dondurulmuş hind quşu filesi məhsulu partiyalarından götürülmüş nümunələrin sınaq nəticəsinə əsasən, həmin məhsullarda uyğunsuzluq müəyyən olunub.

Banker.az AQTA-ya xəbər verir ki, idxal edilmiş zirinc məhsulunda kif-maya göbələkləri, dondurulmuş toyuq və hind quşu filesi məhsullarında isə Salmonella aşkarlanıb.

Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər