12 C
Baku
Wednesday, December 11, 2024

İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlandı

İran İslam Respublikasından idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.

Məlumat üçün bildiririk ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.

Son xəbərlər
Digər xəbərlər