İran ordusunun Azərbaycanla sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlim zamanı faciə baş verib.
Bu barədə“Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın Araz ətrafına daşıdığı hərbi texnika qəzaya düşüb.
Belə ki, Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi yük maşını yoldan çıxıb.
Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın daha bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirib.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.