16 C
Baku
Friday, April 19, 2024

İranın dondurulmuş $7 mlrd.-lıq aktivləri özünə qaytarılır

İran və ABŞ arasında məhbusların azad edilməsinə dair danışıqların yekunlaşması ilə İranın bloklanmış valyuta ehtiyatlarından da 7 milyard dollar sərbəst buraxılır.

Banker.az bu barədə İRNA-a ya istinadən xəbər verir.

Sanksiyaların ləğvi ilə bağlı aparılan nüvə sazişi danışıqları ABŞ məsələ ilə bağlı qərar qəbul etmədiyinə görə nəticəsiz qaldı. Buna baxmayaraq, ölkələr nüvə sazişi üzrə danışıqlar prosesindən asılı olmayaraq, İran həbsxanalarında olan ABŞ-lı məhbusları, eləcə də İranın Cənubi Koreyada dondurulmuş aktivlərinin sərbəst buraxılması üzrə danışıqları davam etdirir.

Mənbələrin bildirdiyinə görə, son həftələr region ölkələrindən biri vasitəsilə İran və ABŞ məhbuslarının azad edilməsi, həmçinin İranın Cənubi Koreyada dondurulan valyuta resurslarından 7 milyard dolların azad edilməsi üçün intensiv danışıqlar aparılıb.

Eyni zamanda, BMT-nin sözçüsü Stefan Düjarrik verdiyi açıqlamada məhbus Bəkir Namazinin İrandan çıxdığını, Siyamək Namazinin sərbəst buraxıldığını, lakin hələ də İranda olduğunu iddia edib. Stefan Düjarrikin BMT-nin baş katibinə istinadən yaydığı bəyanatda Quterreş Bəkir Namazinin müalicə almaq üçün İrandan çıxmaq ilə bağlı müraciətinin İran İslam Respublikasının prezidentini tərəfindən qəbul olunmasına görə təşəkkür edib. Sözügedən bəyanatda BMT-nin Baş katibi Quterreş Bəkir Namazinin oğlu Siyamək Namazinin də azad edilməsindən məmnun olduğunu bildirib.

Quterreş bəyanatının sonunda deyir: “İran hakimiyyəti ilə bir çox mühüm məsələlər, xüsusilə regional məsələlər, eyni zamanda insan haqlarının inkişafı və təşviqi ilə bağlı müzakirələrimizi davam etdirəcəyik”.

 

Son xəbərlər
Digər xəbərlər