İranın Enerji Birjasında 28 yanvarda 35,2 min ton karbohidrogen məhsullar satışa çıxarılacaq.
Bu, İranın Enerji Birjasının məlumatında öz əksini tapıb.
Məlumata görə, Enerji Birjasının daxili bölməsində 15,2 min ton satışa çıxarılacaq.
Şiraz Neftayırma Şirkətinin 5 min ton iso recycle, 148 ton solvent 404
Şazənd Neftayırma Şirkətinin 3,5 min ton CSO
İsfahan Neftayırma Şirkətinin 3 min ton ağır nafta
Fəcr Cəm Qaz Emalı Şirkətinin 3 min ton maye qaz (LPG)
Tabas Parvadeh Daş-Kömür Şirkətinin 600 ton ağır qatran yağı
Məlumatda bildirilir ki, Enerji Birjasının beynəlxalq bölməsində Cənubi Pars Qaz Şirkətinin 20 min ton maye qaz (LPG) məhsulu satışa çıxarılacaq.
Qeyd edək ki, İranın Enerji Birjasında karbohidrogen məhsulların satışa çıxarılması böyük əhəmiyyət kəsb edir. İran məhz Enerji Birjası vasitəsi ilə yerli şirkətlərin ehtiyac duyduğu karbohidrogen məhsulları təmin etməyə, həm də ixracı artırmağa çalışır.