13 C
Baku
Friday, April 19, 2024

İranın nüvə obyektlərinə monitorinq üçün kameralar quraşdırılacaq

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu təsdiqləyib.

O, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin agentliyin 83.7% zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyi İranın Fordo zavodunda 50% daha çox yoxlama təşkil edəcəyini bildirib.

Qrossi əlavə edib ki, Tehrana səfəri zamanı bir çox məsələlər, xüsusən də insanların məlumat əldə etmək, vacib yerlərə və konkret materiallara çıxışı ilə bağlı razılıq əldə olunub.

“Düşünürəm ki, məni eşitdilər. Ümid edirəm ki, tezliklə nəticələri görəcəyik”, – deyə o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər