-3 C
Baku
Sunday, December 15, 2024

İranın ŞƏT-ə üzvlüyü haqqında memorandumun imzalanacağı yer və tarix bəlli oldu

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri Səmərqənddə keçiriləcək sammitdə İran tərəfinin təşkilata qoşulması ilə bağlı öhdəliklər memorandumu imzalayacaqlar. Bundan sonra İran onları yerinə yetirəcək və tamhüquqlu üzvlük əldə olunması prosesini başa çatdıracaq.

Bunu ŞƏT-in baş katibi Çjan Min deyib.

O xatırladıb ki, İranın təşkilata daxil olması ilə bağlı qərar 2021-ci il sammitində qəbul edilib və bundan sonra lazımi prosedurlara başlanılıb.

ŞƏT sammitinin sentyabrın 15-16-da keçirilməsi nəzərdə tutulub. Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi dövlətlər – Əfqanıstan, Belarus, İran və Monqolustan, dialoq üzrə tərəfdaşlar isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər