28 C
Baku
Saturday, July 27, 2024

İranlı nazir Azərbaycana səfər edəcək

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş Azərbaycana səfər edəcək.

O, bu barədə hökumətin iclasında deyib.

Ötən həftə İran və Azərbaycan nümayəndə heyətləri arasında baş tutan görüşü xatırladan nazir vurğulayıb ki, bu görüş Azərbaycan səfirliyinə hücumdan sonra iki ölkə arasında ilk iqtisadi görüş hesab olunur.

Nazir əlavə edib ki, yaxın aylarda Azərbaycana səfər edəcək: “Azərbaycan Baş nazirinin müavini İrana səfər edib, Astara şəhərində iqtisadi-ticari nümayəndə heyəti ilə birlikdə İran tərəfi ilə geniş tərkibdə görüş keçiriblər. Mən də yaxın aylarda Azərbaycanla İran rəsmiləri arasında keçirilən son görüşdən sonra əldə edilən digər razılaşmaları müzakirə etmək məqsədi ilə Azərbaycana səfər edəcəyəm”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər