İraq ötən əsrin 90-cı illərində Küveytin işğalı zamanı bu ölkəyə vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənişini başa çatdırıb.
Bu barədə BMT Təzminat Komissiyasının (UNCC) 16-cı xüsusi sessiyasında bildirilib.
BMT-nin qərarı ilə İraqın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 60 faizi, bütölükdə 1,5 milyon ABŞ dolları zərərçəkənin hesabına yerləşdirilib.
Təzminatın son hissəsi yanvarın 13-də köçürülüb.
1990-cu ilin 2 avqust tarixində İraq Küveytə ordu hissələrini yeridib. Bundan sonra BMT İraqa qarşı sanksiyalar tətbiq edib, müvafiq mandat əsasında ABŞ və müttəfiqləri Küveyti azad ediblər.