9 C
Baku
Thursday, December 12, 2024

İri parfumeriya və kosmetika şirkətlər qrupuna yeni təyinat

Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Anar Səfərov “Adore Perfumery & Cosmetics”də Qrupun baş maliyyə inzibatçısı təyin edilib.

Anar Səfərov 2020-ci ilin fevralından indiyə kimi  “AzTrade” MMC-nin baş maliyyə inzibatçısı olub. O, əvvəllər Sumqayıt Texnologiyalar Parkı, Kredaqro BOKT, Expressbank kimi yerlərdə müxtəlif vəzifələrdə çalışıb.

Anar Səfərov Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadiyyat” üzrə bakalavr dərəcəsi, “Beynəlxalq İqtisadiyyat və Ticarət” üzrə isə magistr dərəcəsi alıb.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər