Daha bir Avropa İttifaqı ölkəsi Belarusdakı prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib. Bildirildiyi kimi, İrlandiya bu seçkilərə xalqın demokratik iradəsinin təzahürü kimi baxmır.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən məlumat verir.
Qeyd edək ki, Kanada da buna bənzər açıqlama ilə çıxış edib. Ölkə hökuməti Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və yenidən keçirilməsini tələb edir.
Bundan əlavə, ABŞ-ın iki böyük şəhərində (Nyu-York və Filadelfiya) Belarusdakı zorakılığa qarşı nümayişlər keçirilib. Nümayişlərdə əsasən Belarus diasporunun nümayəndələri iştirak edib. Onlar zorakılığa son qoyulmasına, tutulanların sərbəst buraxılmasına və Aleksandr Lukoşenkonun istefaya göndərilməsinə çağırıblar.