10 C
Baku
Wednesday, December 11, 2024

İrlandiyanın “Brexit”-ə dair ikitərəfli danışıqlarda iştirak etmək niyyəti yoxdur

İrlandiya Böyük Britaniyanın Avropa İttifaqı(Aİ) üzvlüyündən çıxması ilə bağlı bu ölkə ilə ikitərəfli danışıqlar aparmaq niyyətində deyil.

Banker.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İrlandiyanın Avropa işləri dövlət naziri Helen MakEnti RTE telekanalına bildirib.

O deyib: “Biz hər hansı ikitərəfli danışıqlara gedə bilmərik. Bu danışıqları yalnız Avropa İttifaqı üzvü olan 27 dövlətlə birgə aparacağıq. Yəni danışıqlar Aİ ilə Böyük Brityaniya arasında aparılacaq”.

Nazir 1998-ci ildə iki ölkə arasında sərhədin hər iki tərəfindəki əhali üçün bərabər hüquqları tanıyan Belfast sazişinin “müzakirə mövzusu olmadığı”nı vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən İrlandiya adasındakı sərhədlə bağlı problemi aradan qaldırmaq üçün Belfast sazişinə dəyişiklik ehtimalının gündəmə gətirildiyi bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər