28 C
Baku
Saturday, July 27, 2024

“İrşad Electronics”dən pandemiya ilə əlaqədar müştərilərinə növbəti güzəşt – Cərimələr ləğv edildi

Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri olan “İrşad Electronics” ölkədə davam edən pandemiya ilə əlaqədar müştərilərinə növbəti dəstəyini elan etdi.

Banker.az xəbər verir ki, “İrşad Electronics” 1-31 iyul tarixlərində gecikdirilmiş aylıq ödənişlərə görə hesablanmış cərimələri müştərilərinin xeyirinə ləğv edir.

Həmin müddət ərzində ödənilmiş cərimələr qalıq borcunuzdan silinəcəkdir, ödənilməyən cərimələr isə sıfırlanacaqdır.

Xatırladaq ki, “İrşad Electronics” “Covid-19” virusu ilə əlaqədar olaraq aprel ayı üçün aylıq ödənişlərə 1 aylıq fasilə vermişdir.

Bildirək ki, hal-hazırda “İrşad Electronics”-in Bakı, Lənkəran, Göyçay, Gəncə, Quba, Qəbələ, Bərdə, Sumqayıt və Xırdalan şəhərlərində 31 mağazası fəaliyyət göstərməkdədir.

Onu da qeyd edək ki, “İrşad Electronics” şirkəti  2000-ci ildə “I&R Telecom” adı altında fəaliyyətə başlayıb. Şirkət 2006-cı ildən 2011-ci ilədək Azercell Birgə Müəssisəsinin dileri kimi fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər