6 C
Baku
Sunday, December 15, 2024

İşə gecikməmək üçün nə etməli?

Vaxtında yatmaq: Benjamin Franklin demişdir: “Tez yatmaq və tez durmaq – insanı sağlam, varlı və ağıllı edən məhz budur”.

Yuxu – həyatımızın ən vacib elementidir və dürüst olaraq etiraf edək ki, bir çoxumuz məhz yuxu səbəbindən işə gecikirik. Özünüz üzərində eksperiment aparmağa çalışın və adət etdiyiniz kimi gec saatlarda deyil, lazımi saatda yatın. Bu zaman özünüz də digər vacib işlər üçün nə qədər enerjinizin qaldığının şahidi olacaqsınız.

Hər şeyi əvvəlcədən hazırlamaq: Adi bir səhəri xatırlayın: ütülənməmiş paltar, yığılmamış çanta. Bütün bu xırdalıqlar çox vaxtınızı ala bilər. Məhz buna görə də bütün bu məişət tipli işləri axşamdan həll etmək lazımdır. Uşaq vaxtı valideynlərinizin məktəb çantanızı axşamdan hazırlamağınızı necə tələb etdiklərini xatırlayın.

Bütün işləri axşamdan həll etdikdə səhər rahat şəkildə hazırlanıb səhər yeməyi üçün kifayət qədər vaxtınız qalır.

Kompüter və ya televizoru açmayın: Səhərlər heç də hamının beyni məlumat qəbul etməyə hazır olur və passiv şəkildə televizora baxmaq sizin oyanmağınıza heç bir kömkəlik etməyəcək və pozitivlik qazandırmayacaq. Bundan başqa, diqqətimizi cəmlədiyimiz televiziya saatı yaddan çıxarmağa səbəb olur. Əgər evdən çıxmağınıza hələ 10-15 dəqiqə varsa, ən yaxşısı işə tez gəlin. Rəhbərlik bunu qiymətləndirəcək.

Özünüzü motivasiya edin: Şirniyyat metodu – insanın kəşf etdiyi ən yaxşı üsuldur. Əgər bir həftə ərzində işə gecikməmisinizsə özünüzü mükafatlandırın.

Məsələn, yeni dadlı desert ilə. Hətta bu kiçik mükafatlandırma belə məqsədin əldə edilməsi üçün motivasiya rolunu oynayır. Beləliklə, nəyə görə də sınamayasınız?!

Son xəbərlər
Digər xəbərlər