İlk təəssurat çox önəmlidir. Sizin xarici görünüşünüz, bədən diliniz və davranış üslubunuz ya sizin xeyrinizə işləyə bilər, ya da hər şeyi korlaya bilər.
İlk tanışlıq zamanı insana bir neçə dəqiqə kifayətdir ki, siz qarşınızdakı insan haqqında bir fikir qurasınız. Müsahibə zamanı işə götürənin xoşuna gəlmək çox vacibdir.
Biz sizə bu məqalədə xoş təəssurat bağışlamağın üsullarını təqdim edəcəyik.
Saç düzümü
İlk növbədə işə götürən sizin xarici görünüşünüzün nə qədər səliqəli olduğuna diqqət yetirəcək. O, hər şeyə qiymət verəcək: saç düzümü, manikür, makiyaj və s. Lakin bütün bu elementlərə ayrı- ayrılıqda deyil, ümumilikdə dəyər verəcək.
Bu bir növ saç düzümü kimidir – bir tərəfdən saçımızı kəsə, o biri tərəfdən olduğu kimi saxlaya bilmərik, hər iki tərəfin eyni olmasına diqqət yetirməliyik. Hər şey harmonik olmalıdır.
Geyim
Nə geyindiyinizdən asılı olmayaraq, geyiminiz sizin sahənizə və şirkətə uyğun olduğuna əmin olun. Məsələn, bank sahəsində daha ciddi imic qəbul edilir, nəinki dizayn sahəsində.
Çalışın al-əlvan çalarlardan qaçın. Əks halda bu işə götürənin diqqətini dağıdacaq və onu çaşdıracaq.
Bəzək əşyaları
Müxtəlif aksessuarlar sizin xarici görünüşünüzə rəng qatmalıdır. Lakin hər şeydə əndazəni gözləmək yaxşıdır. Böyük sırğalarınızı və boyunbağınızı evdə saxlayın.
Bədən dili
Müsahibə zamanı belinizi düz tutmaq sizin özünüzə əmin olduğunu göstərəcək. Bu işə götürən üçün yaxşı bir göstərici olacaq.
Ayağınızı ayağınızın üzərinə aşırmayın, ayaqlarınızı yelləməyin. Siz müsahibədə sakit və təmkinli halda oturmalısınız. Pis vərdişlərinizi nəzarət altında saxlayın: dodaqlarınızı dişləməyin, daim saçlarınıza əlinizi vurmayın, əlinizdə karandaşı oynatmayın və s.
Gülümsəyin, göz kontaktını qoruyun, sizin simanızda kədər və qorxu hissi olmamalıdır.
Bədən diliniz sizin haqqınızda çox şeyi deyə bilər, buna görə ona nəzarət etməyə çalışın.
Əl sıxmaq
Sağollaşarkən əl sıxmağa növbə çatanda əlinizi çox boş və yaxud çox gərgin tutmayın.
Sadəcə olaraq əlinizi uzadaraq deyin: «Sizinlə tanış olmağıma şad oldum».
Müsahibəyə gedərkən həyəcanlandığınızda bu cür məsləhətlərə əməl etmək çətindir. Buna görə çalışın evdə sakit mühitdə məşq edin və bütün nüanslara diqqət yetirin.