17 C
Baku
Friday, April 19, 2024

“İşə yarayan” rezumeni (CV) necə tərtib etmək olar

CV-nin iş axtarışındakı rolunu başa düşmək üçün, dərk etmək lazımdır ki, məhz bu sənədin oxunuşundan sonra, işəgötürən sizin haqqınızda ilkin təəssürat yaradır. Bəzi iş axtaranlar belə düşünür: “Məni iş müsahibəsinə çağıracaqlar və mən orda özümü ən yaxşı tərəfdən nümayiş etdirəcəyəm!”. Amma nəzərə alın ki, işəgötürən sizi müsahibəyə dəvət etməyə də bilər. Ən əsasda CV-nin savadlı şəkildə tərtib olunmaması burda xüsusi rol oynayır.

Rezume –heç də sizin iş yerlərinizin və vəzifələrinizin ard-arda düzüldüyü bir kağız parçası deyil. Bu sizin iş təcrübəniz, kvalifikasiya (ixtisas üzrə peşəkarlıq səviyyəsi) və professional nailiyyətlərin bir yerdə cəmləşdirilmiş müfəssəl ifadəsidir. Rezumedə iki başlıca tələbi fərqləndirmək lazımdır: o məlumatlandırıcı və müfəssəl (qısa) olmalıdır.

1) Rezumenin optimal həcmi -2 səhifəyə qədərdir. Bu özünü ən yaxşı tərəfdən göstərmək və işəgötürəni yormamaq üçün kifayət qədər yetərlidir.

2) Foto –arzu olunan elementdir, demək olar ki məcburidir. Çünki əksər vəzifələr üçün zahiri görünüş böyük əhəmiyyət daşıyır (konsultant, menecer, katibə və s, on ofis işçiləri). Ona görə də CV-yə şəkil əlavə edilməsi vacibdir (onu ayrıca fayl kimi göndərmək tövsiyə olunmur, bir də ki, CV-də ki şəkil “pasport şəkili” kimi soyuq və cansıxıcı olmalı deyil, o sizin haqqınızda nəsə ifadə etməli və xoş təəssürat yaratmalıdır. Xüsusən də vakansiya ilə bağlı tələblərdə “fotonun yerləşdirilməsi tələbini” işə götürən özü irəli sürübsə, bunu heç cürə diqqətdən kənarda qoymaq olmaz.

3) Əgər sizin professional təcrübəniz o qədər zəngin olsa ki, onu iki səhifəyə sığışdırmaq mümkün deyil, əsas vurğunu son üç iş yerinin üzərinə salın, onları daha ətraflı təsvir edin və vəzifə xüsusiyyətlərini və əldə olunmuş nəticələri qeyd edin. Qalan iş yerlərinin isə sadəcə adını sadalayın.

4) CV-ni müraciət etdiyiniz vakansiya uyğunlaşdırın. Təcrübəsi sizin yeni vəzifənizdə faydalı ola biləcək mövqe və peşəkar nailiyyətlərə diqqət çəkməyə çalışın. Çünki yeni iş yerində sizdən məhz həmin keyfiyyətlər tələb ediləcək.

5) Sizin əsas işiniz – sadəcə bu və ya digər vəzifədə hansı öhdəlikləri yeni yetirdiyinizi göstərmək deyil. Siz həm də bir peşəkar kimi nəyə nail olduğunu, nailyyətlərinizin adını çəkməlisiniz. Bu zaman qərəzsiz, obyekti olun və iki kəskin məqamdan yayınmağa çalışın. İfrat dərəcədə təvazökarlıq və ya öz məziyyətlərinin həddindən artıq şişirdilməsi.

Zaman keçdikcə, arada bir öz rezumenizi nəzərdən keçirin, onda olan informasiyanı yeniləyin. Bu həm iş axtarışı, həm də öz imkan və perspektivlərinin qiymətləndirilməsi üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər