17 C
Baku
Friday, April 19, 2024

İşəgötürənlər üçün yeni vəzifə müəyyənləşdirilir

İşəgötürənlər üçün yeni vəzifə müəyyənləşdirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Layihəyə əsasən, artıq işəgötürən həm də attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər