10 C
Baku
Thursday, December 12, 2024

İş adamı Əliyar Əsgərovun BOKT-u ötən ili zərərlə tamamladı

İş adamı Əliyar Əsgərovun kredit təşkilatı olan “İDK Bank Olmayan Kredit Təşkilatı” MMC 2020-ci ildə gəlirlərinin azalması və xərclərinin artması fonunda ili zərərlə tamamlayıb.

Bunu Banker.az BOKT-un illik maliyyə hesabatına istinadla bildirir.

“İDK BOKT” hesabat müddətində faiz gəlirlərini 13% azaltmaqla 235 min manata qədər azaldıb. Həmçinin, ötən ildən başlayaraq faizlər üzrə borc ödənişlərinə başlayıb və bu xərc hesabat sonuna 69 min manat edib.

Gəlirlərində əsas “neqativ” dinamika onun qeyri-faiz gəlirlərində müşahidə edilir. 2019-cu ildə 272 min manatdan çox qeyri-faiz gəliri əldə etdiyi halda, 2020-də bu rəqəm 4 min manata qədər geriləyib. Qeyri-faiz xərclərinin həcmi isə 275 min manatdan 345 min manata qədər yüksəlib. Nəticədə, 105 min manatlıq əməliyyat zərəri edib. Bu zərərlə yanaşı 59 min manat kreditlər üzrə ehtiyatlara ayırmalar edib və 164 min manat zərər edib. 2019-da bu 187 min manat xalis mənfəət əldə etmişdi.

“İDK BOKT”un bu zərərinin ardından balansındakı yığılmış zərərin həcmi 164 min manat olmuşdur.

BOKT-un aktivlərinin həcmi hesabat müddəti ərzində 1 milyon 905 min manatdan 1 milyon 668 min manata qədər düşüb. Aktivlərin 1 milyon 330 min manatı kredit, 18 min manatı əmlak və avadanlıqları olmuşdur.

Öhdəliklərin həcmi 1 milyon 38 min manat olub, o cümlədən 69 min manatı AMB qarşısındakı borcu olmuşdur.

BOKT 2011-ci ildə yaradılıb və 700 min manat nizamnamə kapitalına sahibdir. Kapitalın 100%-i Əliyar Əsgərova məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər