15 C
Baku
Friday, May 3, 2024

İş görüşməsinin gözəgörünməz kələkləri

İş görüşməsi zamanı sizi dolaşığa salacaq 10 sual var.

Hal-hazırda iş tapmaq, çətin bir tapşırığa çevrilmişdir, yalnız hər dəfə daha tələbkar və daha dar olan süzgəclərdən keçməyə müəvəffəq olanlar öz hədəflərinə nail olaraq iş qazana bilirlər. “Dummies üçün iş görüşmələri” kitabının müəllifi Joyce Lain Kennedy, qeyd edir ki, “iş görüşmələri hələ də işə qəbul üçün həlledici qərarın verildiyi” görüş xarakterini qoruyub saxlamaqdadır. Vəzifənin kimə həvalə olunacağı məhz görüşlər nəticəsində müəyyən edilir.

İş görüşməsinə həmişə hazır, ayıq-sayıq olmaq və verilə biləcək suallara öncədən hazırlıqlı olmaq lazımdır. Bu tələ sualları həmişə elə qurulur ki, onların 100%-lik doğru cavabı olmur. Suallar namizədləri daha yaxşı tanımaq üçün verilir, ona görə də adətən bilikləri yoxlamağa yönəlik olmur. Belə sualların öhdəsindən gəlməyin ən yaxşı yolu bütün növ suallara öz mümkün cavabını hazırlamaqdır. İndi sizə təqdim etdiyimiz Kennedy-nin fikrincə ən çox rastlanan 10 sualdır.

1.Nəyə görə bu qədər vaxt işsizsiniz? Bura gələnə qədər neçə təklifi rədd etmisiniz? Nəyə görə məhz sizi ixtisar etdilər?

Müsahib bilmək istəyir ki, hansı yanlışlıq olub ki, digərləri sizin xidmətinizdən imtina edib və ya bu sadəcə sizin gördüyünüz işlə bağlı olmayan, bir- başa sizdən asılı olmayan bir səbəbdəndir? Və ya siz özünüz işdən çıxmaq qərarını hansı səbəbdən vermisiniz?

2. İş müsahibəsində iştirak etmək üçün necə vaxt ayıra bilirsiniz?

Bu, adətən hazırda iş yeri olub, lakin iş axtarmağa davam edən namizədlərə verilən sualdır. Məqsəd bizim hazırkı iş yerimiz barədə və ya işsiz olub-olmadığımız haqda düz və ya yanlış informasiya verməyimizi öyrənməkdir. Bu zaman ən yaxşısı iş görüşmələrini qeyri iş vaxtına təyin etmək və müsahibə zamanı, bunun öz maraqlarınıza uyğun bölüşdürdüyünüz şəxsi vaxtınız olduğunu deməkdir.

3. Sən bu iş görüşməsinə necə hazırlaşmısan? Bu sualı verməkdə məqsəd müraciət etdiyin vəzifənin sənin üçün nə dərəcədə əhəmiyyət daşıdığını öyrənməkdir. Sənin işə nə dərəcə də cəlb edildiyini və marağının dərəcəsini öyrənməyə çalışırlar.

4. Bizim üçün işləyən kimisə tanıyırsan? Olduqca məsum bir suala bənzəyir, amma bu sualın da gizli tələləri ola bilər. Məsələn tanıdığınız adamın reputasiyası müəssisə daxilində korlanmış ola bilər. tanışlarınızın adını yalnız o təqdirdə qeyd edin ki, şirkətin onları pozitiv dəyərləndirdiyinə əmin olasınız.

5. Bəs əslində harada işləmək və hansı funksiyaları yerinə yetirmək istərdiniz?

Bilmək istəyirlər ki, siz konkret hər hansı bir vəzifəyə iddia edirsiniz, ya ümumiyyətlə ümidsiz şəkildə hər hansı bi iş axtarırsınız. Kennedi, deyir ki, başqa müəssisələrin adını çəkməyə gərək yoxdur və yaxşı olar ki, məhz axtardığınız yerin bura olmasını və bu vəzifədə işləmək istəyinizi bildirəsiniz. Mən məhz burda olmaq istəyirəm.

6. İş yoldaşlarında və ya müdirlərində səni nə qıcıqlandırır?

Cavab mürəkkəbdir, elə ifadələr işlədin ki, sanki hamı ilə yaxşı yola gedirsiniz, səbrli və təmkinli insansınız, xüsusi ilə də iş yoldaşlarına qarşı. İş yoldaşlarınızın müsbət cəhətlərini sadalamaq və komanda işinin müsbət cəhətləri haqqında nəsə demək uğurlu olar.

7. Konkret bir problemi necə həll etdiyinizi təsvir edə bilərsiniz?

Real bir hadisə danışın ki, sizin güclü tərəflərinizi göstərə bilsin və həddindən artıq şişirdilmiş olsun.

8. Yol verdiyiniz hər hansı bir xətanı izah edə bilərsiniz? Sizin öz səhvlərinizdən nəticə çıxara bilmə qabiliyyətiniz yoxlanılır, yəni öz səhvləriniz üzərində öyrənirsinizmi? Öz qüsurlarınızı sadalamaqdan yayının.

9. Bu iş müraciət etdiyiniz digər işlərdən nə ilə fərqlənir. Hər hansı başqa bir şirkətdə seçilmək ərəfəsindəsəniz?

Müsahibiniz bilmək istəyir ki, sizi işə cəlb etmək ona neçəyə başa gələcək və rəqabət haqqında informasiya əldə etmək istəyir.

10. Lotereyada pul udsanız işləməyə davam edərsiniz?

Bilmək istəyirlər ki, biz nə dərəcədə motivasiyalılıyıq və iş etikasına nə dərəcədə sadiqik. Ən yaxşı cavab pulun vacib faktor olduğunu, lakin yaxşı nəticələrin insanda daha yaxşı hisslər doğurduğunu qeyd etməkdir.

Unutmayın ki, müsahib sizi peşəkar yöndən qiymətləndirir, heç zaman görüşün məcrasının və tonunun dəyişməsinə imkan verməyin. Cavab verməzdən öncə sualı analiz edin və beyninizi soyuq saxlayın və heç bir məsələ qarşısında tərəddüd etməyin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər