13 C
Baku
Friday, April 19, 2024

İş müsahibəsində nə haqda sussan yaxşıdır

İş görüşməsinin uğurla keçməsi təkcə sizin bilik və bacarıqlarınız, həm də iş təcrübənizdən asılı deyil.Özünü təqdim etmə -yəni özün haqqında informasiyanı düzgün ötürə bilmək, həmçinin də peşəkar və şəxsi həyatın müəyyən aspektlərinin üzərindən diplomat sükutu ilə keçmək mühüm əhəmiyyət daşıyır.

Pul

Əgər siz ilk növbədə əməkhaqqı haqqında söhbət salsanız, onda eqoist və bir az da tamahkar insan təsiri bağışlayacaqsınız. Əlbəttə işəgötürən tərəf də yaxşı başa düşür ki, əməkhaqqının miqdarı çox vacibdir və əlbəttə ki, siz bu məsələni gec-tez müzakirə edəcəksiniz, amma hələ ki buna var. Adətən siz vakansiya haqqında elana əsasən kompaniyanın hansı məbləği təklif etdiyini artıq təxmini bilirsiniz, işəgötürənə isə sizin qiymətiniz rezumedən bəlli olur. Bu sualı sonraya saxlayın və heç vaxt ilk növbədə pullar haqqında söhbət salmayın.

Böyük Planlar

Kadr axını heç də biznesə müsbət təsir göstərmir. Buna görə də işəgötürən elə mütəxəssislər seçir ki, onlar həmin kompaniyada daha uzun müddət ərzində işləməyi düşünürlər. Onlar işin məğzinə maksimal dərəcədə varacaq və özlərini bütünlüklə işlərinə həsr edəcəklər. İşə maksimal qüvvə sərf edəcək, öz öhdəliklərini həm də həvəslə yerinə yetirəcəklər. Ona görə də sizin gələcəkdə öz biznesinizi qurmaq, başqa şəhərə və ya ölkəyə köçmək kimi planlarınız varsa, yaxşı olar ki, bu haqda heç nə deməyəsiniz. Hətta bu sizə reallaşması mümkün olmayan və konkret fəaliyyət planında mərhum arzular kimi görünsə də yaxşı olar ki, işəgötürən bunu bilməsin. Çünki işəgötürən stabillik axtarır və bu kimi bəyanatlar onun ürəyinə sizin namizədliyiniz ilə bağlı yetərincə şübhə salacaq.

Ciddi səhvlər

«Keçmiş iş yerində sizin ən böyük səhviniz nə olub — bu elə bir sualdır ki, adətən iş axtaranların çoxu buna düzgün cavab vermir. Öz ciddi səhvlərin haqqında sussanız yaxşıdır, çünki belə bir səhv etmək azmış kimi, hələ onunla lovğalana bilməzsiniz. Əsas odur ki, ondan dərs çıxarıb, özünüzə faydalı nəticə əldə edə bilmisiniz. İşəgötürənin sizin hər hansı bir proyekti məhv etməyinizi və ya hesabatı vaxtında hazırlamdığınızı bilməsi o qədər də vacib deyil. Əgər sizə bu sualı veriblərsə, ciddi fəsadları olmayan bir iki xırda və yüngül əməllərinizi və bu hadisənin sayəsində hansı nəticəyə gəldiyinizi deyə bilərsiniz, çünki belə bir səhvin təkrarlanmasını daha istəmirsiniz. Bilərəkdən isə bu mövzunun açılmasına rəvac vermək tövsiyə olunmur.

Pis münasibətlər

Keçmiş iş yerində rəhbərlik və ya həmkarlar ilə pis münasibətlərin olmasını vurğulamaq və bu barədə informasiya yaymaq lazım deyil. Demək olar ki, istənilən bir işdə komanda da işləmək qabiliyyəti vacibdir. Ona görə də hətta sizin kollektiv o qədər də yaxşı olmasa və siz heç də ürəkaçan atmosferdə işləməsiniz belə -bu haqda susun. Çünki bu zaman müsahibəni aparan şəxs –potensial işəgötürən problemin sizdə olduğuna qərar verə bilər. Axı o, bunun əksi olduğuna niyə inansın? Eyni qaydada, əgər siz köhnə iş yerini rəhbərliklə yola getmədiyinizə və ya hr hansı bir konfliktə görə tərk etmisinizsə, işəgötürən bundan xəbər tutmasa yaxşıdır. Işinizi dəyişmək ilə bağlı fərqli bir səbəb göstərməyə çalışın.

Maraqlar

Bir sıra əyləncələr var ki, onlar haqqında danışmamaq daha yaxşıdır. Məsələn seriallar izləmək, kompüter oyunları, dini və ya siyasi fəaliyyət və s. İlk növbədə ona görə ki, belə növ maraqların və əyləncələrin olması müsahibəni götürən şəxslə ilə namizəd arasında ziddiyyətlərin yaranmasına səbəb ola bilər. İkinci növbədə isə elə maraq sahələrinin adı çəkmək yaxşı olar ki, onlar sizin peşəkar fəaliyyətiniz ilə əlaqəli olsun və bir insan kimi sizin müsbət xüsusiyyətlərinizi büruzə etsin. Məsələn əgər veb-dizayner incəsənətlə maraqlanırsa və onun dizayn ilə bağlı maraqlı bloqu varsa, bu tərifə layiq haldır. Əksər işəgötürənlər idman ilə məşğul olan namizədlərə rəğbət bəsləyir və bunu müsbət qiymətləndirirlər.

Yaxşı olar ki, nəyi deyib, nəyi isə deməyəcəyiniz haqqında öncədən fikirləşəsiniz, çünki lazımsız və gərəksiz informasiyanın səslənəsi onsuz da sizə heç bir fayda verməyəcək.

Son xəbərlər
Digər xəbərlər