26 C
Baku
Wednesday, April 24, 2024

İş müsahibəsində sizi ələ verə bilən xırdalıqlar

Sizin müsahibədə nə danışacağınız olduqca vacibdir, amma sizin jestlər, poza və digər qeyri-verbal davranışınız sizin haqqınızda daha çox informasiya ötürə, həm də sizi daha yaxşı tərəfdən təqdim edə bilər.

Göz təması (vizual kontakt) yaradın

Düz, özünəəmin, amma aqressiv olmayan baxışlar –sizin öz ayaqlarınız üzərində möhkəm dayanmağınızın, həyatdan nə istədiyinizi bilməyinizin, sizdə özünün qiymətləndirmə ilə bağlı hər şeyin normada olmasının əlamətidir. Ona görə də həmsöhbətə baxmaqdan qorxmayın.

Psixoloqlar qeyd edir ki, vizual kontakt iş görüşünün 50-70%-ni təşkil etməlidir, bu uğurlu və məhsuldar ünsiyyətinin təminatıdır. Amma sözün düzünə qalsa, uğurluluq sizin NECƏ baxmağınızdan asılıdır. Heç bir halda bir-başa gözlərə baxmaq tövsiyə olunmur, çünki bu zamana müsahibiniz özündə narahatlıq hiss edə bilər. Həmsöhbətinizə 20 saniyə üzərində nəzər salın, sonra baxışlarınızı onun qulağının qurtaracağına keçirin və daha sonra isə otağın küncünə nəzər salın. Daha sonra yenə həmsöhbətinizə baxın, bu dəfə isə onun alnının mərkəzinə. Əgər divarlarda təqvim, rəsmlər, kiminsə məşhur sözləri, digər mətnlər və ya diaqramlar və s aradabir diqqətinizi və gözlərinizi onlara yönəldə bilərsiniz.

Əgər davamlı müddət ərzində göz kontaktını qorumaq sizin üçün çətindirsə, arxasında əyləşdiyiniz masanın üzərinə bloknot qoyun. İşəgötürənlə danışıq əsnasında bloknotda qeydlər aparın və arada bir səhifəni gözdən keçirin, sanki çox vacib bir şeyi xatırlamaq istəyirsiniz. Bir sözlə improvizə edin, amma elə edin ki, həmsöhbətiniz sizin bütün diqqətinizin onda olduğunu görsün və əmin olsun ki, siz onu dinləyirsiniz.

Açıq pozada olmaq

Bu o deməkdir ki, qolları sinənin önündə çarpaz tutmaq –tabudur. Həmçinin də “ayağı ayağın üzərinə aşırmaq”. Ən uğurlu poza, sizin stulda rahat əyləşdiyiniz, lakin qəddi-qamətinizi dik saxladığınız pozadır, bu zaman sizin kürəyinin düz və duruşunuz düz olmalıdır. Əgər stol arxasındasınızsa, əlləriniz stolun üzərində və əgər stoldan aralı əyləşmisinizsə, əlləriniz dizlərinizin üstündə ola bilər. Siz əlinizdə qələm və ya karandaş tuta da bilərsiniz. Bu xırda fənd sizə sanki əllərinizi hara qoyacağınızı bilmirsiniz kimi davranışdan uzaq olmağa kömək edəcək və həmd də çox təbii görünəcək, xüsusən də əgər siz arada qeydlər götürürsünüzsə.

Çalışın ki, insanların əsəblərinə toxunacaq bədən hərəkətləri etməyin: məsələn ayaqları tappıldatmaq, başı yellətmək, barmaqları şaqqıldatmaq və. Istənilən, xırda lakin yöndəmsiz hərəkət ilk növbədə həmsöhbəti qıcıqlandıra, ikinci növbədə isə sizin həyəcanı daha da artıra və büruzə verə bilər.

«Yalan nəzəriyyəsi» oyununu oynamayın

Burada məşhur serialdan həkim Laytmeni yada-salmamaq olmur? Əgər sizin psixologiya üzrə doktorluq dərəcəniz yoxdursa, siz çətin ki, özünüzün hər bir davranışınızı idarə edə biləsiniz. Amma belə bir ümumi qanunauyğunluğa fikir vermək olar. Təsəvvür edin ki, siz insanla söhbət edirsiniz: a sakit oturur, yalnız arada bir öz pozasını dəyişir, özünə əminlik və mehribanlıqla sizin üzünüzə gülümsəyir.

Siz ona bir sual verirsiniz və bir saniyə içində onun üzünün rəngi dəyişir, o mızıldamağa başlayır –“mmm”, əlinizi tez-tez burnunun ucuna vurur və qulağını ovuşdurur və s. Onun məhz hansı hərəkəti etdiyi vacib deyil -əsas odur ki, onun sakitliyi və rahatlığı pozulub. Bu o deməkdir ki, sual onun zəif damarına toxunub, ya da insan səmimi deyil, o, ona məxsus olmayan emosiyaları imitasiya etməyə çalışır.Yəni əslində ona hakim kəsilən emosiyalar tamam başqadır.

Təbii ki, iş müsahibəsində sizə bir neçə dəfə cavabı heç asan olmayacaq suallar verəcəklər, ən azı ona görə ki, sizin stressə davamlılıq qabiliyyətinizi yoxlasınlar. Çalışın ki, belə anda etdiyiniz jestlər və hərəkətlər səhərdən yaratmağa çalışdığınız obrazın xarakterinə yad olmasın və sizin qurduğunuz sakitlik təsvirinin ümumi cizgilərindən uzaqlaşmasın: eynəklərin çərçivəsini oynatmayın, əliniz ilə çənənizi sürtməyin və əlinizi burnunuzun ucuna toxundurmayın. Ola bilsin ki, belə özünənəzarət sizdən məşq tələb edir.

Ona görə də özünüz üçün təlim-məşq prosesi qurun. Dostlarınızdan biri ilə müsahibəni sınaqdan keçirin. Qoy dostunuz sizə gözlənilməz və çox narahat bir sual versin və sizin hansı reaksiya verəcəyinizi diqqətlə izləsin. Bir neçə dəfə bunu təkrarlayın və stress sualları ilə bağlı öz tipik reaksiyanız üzərində şüurlu nəzarətə nail olacaqsınız. Kənar şəxsin köməyi ilə həqiqətən də davranışı korrektə etmək və iş müsahibəsində özünün ən yaxşı tərəfdən göstərmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər