13 C
Baku
Friday, April 26, 2024

İş müsahibəsində üç ən vacib sual

Bu suallardan qaçmaq mümkün deyil

Siz suallara bir başa “bəli” və ya “mən düşünürəm ki, mən də alıanacaq” tipli cavab verməyəsiniz deyə, iş müsahibəsində sualları nisbətən şəklini dəyişmiş formada təqdim edirlər, bu suallar daha geniş və açıqlamalı cavab tələb edir, siz nümunələrdən istifadə etməlisiniz ki, işəgötürən sizi daha yaxşı tanıya bilsin. Bütün sizin danışdıqlarınız işəgötürən üçün vacib olan 3 sualın cavabını tapmağa kömək edəcəkdir.

1. Siz bu işi yerinə yetirə biləcəksiniz? = Səriştələr

İşəgötürən bu sualın cavabını tapa bilsin deyə, siz üzərinizə düşən vəzifələrin öhdəsindən necə gələ biləcəyinizi izah etməli və tapşırıqların yerinə yetirilməsi, həmçinin də problemlərin həll olunması zamanı öz bacarıqlarınızdan necə istifadə edəcəyinizi izah etməlisiniz. Bundan ötrü nümunələr gətirmək lazımdır.

Bu kimi hallarda Situasiya-Təşəbbüs-Nəticə strategiyasından istifadə olunur.

Situasiya: baş verən hadisəni izah edəcək bir və ya iki cümlə. Təşəbbüs: Sizin nə etdiyinizi qısa şəkildə təsvir etmək. Nəticə: sizin tərəfinizdən görülən fəaliyyətin nəticəsi və üstünlükləri.

2. Bizim iş sizin xoşunuza gələcək? = Ruh yüksəkliyi

İşə götürən üçün bilmək vacibdir ki, siz nəinki sadəcə öz öhdəliklərinizi yerinə yetirəcək, həm də onları maksimal dərəcədə effektivliklə yerinə yetirəcəksiniz. Hətta sizin mühasib kimi peşəkarlıq səviyyəniz yüksək olsa belə, amma gerçəkdə siz rəqəmləri sevmir və işi yalnız pul xətrinə edirsinizsə, siz onlara uyğun gəlməyə bilərsiniz. Müxtəlif suallarla intervünü götürən şəxs sizin bu işdə nə qədər maraqlı olduğunuz dərəcəsini müəyyən etməyə çalışacaq.

Kompaniyanın fəaliyyəti barədə ilkin araşdırma aparın və nəyə görə bu işin sizin üçün maraqlı olduğunu izah edin. Amma unutmayın ki, o doğrudan da sizə maraqlı olmalıdır.

3. Biz birlikdə işləyə biləcəyikmi? = Məhsuldar şəkildə digərləri qarşılıqlı təsirdə və fəaliyyətdə olma

Əslində bu olduqca vacib faktordur. Personal üzrə menecerlər effektiv komanda yaratmağa çalışırlar, çünki, çünki onların birgə fəaliyyətindən də kompaniyanın uğuru asılı olacaqdır.

Bundan ötrü veriləcək sual belə səslənə bilər: “Siz özünüz üçün ideal iş gününü necə təsəvvür edirsiniz?”. İnsanın hansı mühitdə və şəraitdə işləməyə üstünlük verməsini müəyyən etmək tələb olunur: təbii, səmimi və ya o, həmkarlar ilə rəsmi və peşəkar münasibətlərə daha çox üstünlük verir? Namizəd komanda işini sevir və ya o xarakter baxımından “yalquzaqdır”? və s. bu kimi nüanslar əhəmiyyət kəsb edir.

Belə hallarda “dürüst” cavablar vermək, “düzgün” cavablar verməkdən daha yaxşıdır, yəni səmimi və vicdanlı olun. Həm özünüzə, həm də işləmək istədiyiniz kompaniya yaxşılıq etmiş olarsınız.

İntervüdən əvvəl özünüzün müsbət cəhətlərinizin, maraqlarınızın və işlə bağlı prioritetlərinizin siyahısını tərtib edin. Həm də öz növbənizdə intervünü götürən şəxsdən kompaniyanın korporativ mədəniyyəti ilə bağlı soruşmağı yaddan çıxarmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər