16 C
Baku
Wednesday, May 8, 2024

İş şəraitinin təşkilatına dair 9 məsləhət

İş şəraitinin məhsuldarlığa təsiri və buna dair məsləhətlər.

Əgər işiniz masa arxasında oturmağınızı tələb edirsə, günün çox hissəsini onun arxasında keçirirsiniz. İşinizi sevirsinizsə, məhsuldarlığı artırmaq məqsədilə iş şəraitinizin yaxşılaşdırılması haqqında düşünməyiniz tövsiyə olunur. İş masasının strukturlaşdırmaq, nizama salmaq və bəzəmək istəyirsinizsə, aşağıdakı məsləhətlərdən yararlana bilərsiniz. Bu sizə iş şəraitini düzgün şəkildə tərtib etməyə, qarşınızda duran vəzifələrin öhdəsindən gəlməyə və məşğul olduğunuz işi dərk etməyə kömək edəcəkdir.

Fikrinizi funksionallıq üzərində cəmləşdirin

Bu tövsiyəni iş zamanı ən çox istifadə etdiyiniz predmetlərə münasibətdə tətbiq edin. Mənim masam üstündə ilk növbədə stepler, qələm, karandaş, markerlər və qeyd dəftərim olmalıdır. Belə ki, mənim bütün həyatım bu dəftərdə yerləşir. Buna görə də onun mənim əlimin altında yerləşməsi çox vacibdir.

Minimalizmi tətbiq edin

Çalışın iş yerinizdə səliqəliyə riayət edəsiniz, masanızın üzərində yerləşən artıq əşyalar beynin yerinə yetirdiyi vəzifədən uzaqlaşması üçün bir çox amil yaradır. Əgər iş masanızın üstündə yerini tez-tez dəyişməli olduğunuz əşyalar çoxdursa, istədiyiniz bir şeyi tapmaq üçün çox vaxt sərf edəcəksiniz. Çalışın dekordan çox istifadə etməyəsiniz.

İş şəraitinizi düşüncənizə və iş fəaliyyətinizə uyğun bir şəkildə təşkil edin

Masaüstü sizin işinizdən asılı olmalı və düşüncə tərzinizi əks etdirməlidir. Əgər xətti düşüncə tərzinə maliksinizsə (tapşırıqlarla kateqoriyalar üzrə işləyən), sənədləri və digər elementləri onun növünə görə bölə bilərsiniz. Əgər qeyri-xətti düşüncə tərzinə malik olan insanlardan biri də sizinizsə (layihələr/müştərilər əsasında işləyən), iş masanız üzərində hər sənədə, hər müştəriyə yer ayıra bilərsiniz.

Dəyərlərinizi ön plana çıxarın

Bu məsləhətə çox rast gəlmişəm və onları sizinlə də bölüşəcəyəm. Heç vaxt dəyərlərinizi unutmayın, özünüz üçün bir xatırlatma hazırlayıb ən görülən yerdə göz ününüzün qabağında yerləşdirin. Bu sizə pis olduğunuz halda nə edəcəyinizə dair qərar verməyinizə və bundan sonra nə edəcəyinizi müəyyən etməyə kömək edəcəkdir. Məsələn, əgər iş mühitinizdə sərbəstliyə önəm verirsinizsə, prioritetləri müəyyən etdikdə diqqətli olun, sizin üçün dəyərli olan məqamları seçin.

Bir neçə ekrandan istifadə edin

Mən çox faydalı bir şey aşkar etmişdim – iki kiçik və ya bir dənə böyük monitordan istifadə. Bəzən eyni anda bir neçə proqramla işləməli oluruq, belə halda iki monitordan istifadə emtək daha rahat olar.

Yaşıl rəng əlavə edin

Tədqiqatlar göstərirlər ki, interyerdə bitkilərdən istifadə etmək insanın sağlamlığı üçün çox faydalıdır. Bitkilər insanda stress və qəzəb kimi mənfi emosiyaları azaltmağa, əhval-ruhiyyəni isə yaxşılaşdırmağa kömək edirlər.

İş şəraitinizi “sıfırlayın”

İş mühitində səliqəsizliyə yol verilməməlidir, buna nail olmaq məqsədilə tez-tez “sıfırlama” üsuluna müraciət edirəm. Hər hansısa tapşırığı yerinə yetirəndən sonra, iş masamı lazımsız əşyalardan təmizləyirəm.

Məqsədlərinizi görünən yerdə yerləşdirin

İş yerinizdən ilham almalısınız. Sizə yaxın 30, 60 və 90 gün üçün qarşınıza qoyduğunuz məqsədlərinizi görünən bir yerdə yerləşdirməyi tövsiyə edirəm. Eyni zamanda, motivasiya edici sitatlardan, şəkillərdən və “mem”lərdən də istifadə edə bilərsiniz.

Gözəl fotoşəkillər yerləşdirin

İş yerinizə həyatınızdan götürdüyünüz fotoşəkilləri yerləşdirə bilərsiniz. Bu, ən yaxşı uşaqlıq dostunuz ilə çəkdirdiyiniz şəkil və ya başqa bir şəkil ola bilər. Belə şəkillər əhval-ruhiyyənizə müsbət təsir göstərəcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər