Siz iş təklifi almısınız və sizi günü sabah iş yerində görməyə hazırdırlar. Təbii ki, belə olduğu halda sevinmək lazımdır. Lakin siz qərar qəbul etməmişdən əvvəl hər şeyi ətraflı düşündüyünüzdən əmin olmalısınız.
Nəzərə almaq lazımdır ki, iş bir həftəlik və ya bir aylıq deyil. Sizin yeni iş rejiminə daxil olmağınız, kollektivə öyrəşməyiniz müəyyən bir müddət vaxt tələb edə bilər. Həmçinin sonradan işdən çıxmaq haqqında qərar almaq bir sıra səbəblərə görə çox çətin olur. Deməli, siz iş təklifini qəbul edərək uzun müddət bu şirkətdə qalmaq riskini gözə alırsınız.
Əgər siz bundan öncə işsiz idinizsə, sizə elə gələ bilər ki, siz bu iş təklifini mütləq dəyərləndirməlisiniz. Hardasa belə bir düşüncədə həqiqət var, lakin siz daha yaxşı variantları da axtarmalısınız.
Əgər sizin işiniz olduğu halda siz iş təklifi qəbul etmişsinizsə, qərar qəbul etmək daha çətin olacaq. Siz artıq sahib olduqlarınızı və sahib ola biləcəklərinizi ətraflı şəkildə müqayisə etməlisiniz. Əgər sizin cari iş yeriniz sizi qane etmirsə, sizin yanlış qərar vermək şanslarınız artır.
Maksimal dərəcədə doğru qərar qəbul etmək üçün biz sizə bu məqalədə iş təklifini qəbul etməmişdən öncə özünüzə verəcəyiniz bir neçə sualları təqdim edirik.
Mən mütəxəssis kimi inkişaf edə biləcəkmiyəm?
Təsəvvür edək ki, siz hal-hazırda işlə təmin olunmusunuz. Potensial iş sizə cəlbedici gəlir, lakin bu iş yerindəki vəzifə, əmək haqqı, sosial paket və öhdəliklər sizin cari işinizdən fərqlənmirlər. Əgər siz sadəcə olaraq dəyişiliklər istəyirsinizsə və yaxud cari vəzifənizdə sizi heç nə saxlamırsa, siz buna əhəmiyyət verməyə bilərsiniz. Əgər siz yeni bacarıqlar əldə etməyəcəksinizsə, irəliləməyəcksinizsə, iş yerini dəyişdirməyə dəyərmi?
Siz yeni təəssuratlar yaşamaq istəyə bilərsiniz, lakin böyük ehtimal, siz yenə də darıxacaqsınız. Bəlkə cari iş yerinizdə irəliləməyə çalışasınız? Həmçinin siz yenidən nəyəsə öyrəşmək məcburiyyətində deyilsiniz.
Əgər siz hal-hazırda istədiyiniz sahədə çalışmırsınızsa, bu sizin öz peşəkar qabiliyyətlərinizi heyif etməniz üçün səbəb deyil.
Təbii ki, biz müxtəlif hadisələrlə qarşılaşa bilərik, lakin qərar qəbul etmək bir sıra amillərdən asılıdır. Özünüzə qeyd etdiyimiz sualı verməkdən və ona dürüst cavab verməkdən çəkinməyin.
Bu iş mənim həyat prinsiplərimə uyğun olacaqmı?
Yüksək əmək haqqı hər kəsin diqqətini cəlb edə bilər. Lakin sizin çalışacağınız sahə sizi qane edəcəkmi? Başqa bir şəhərə həftədə üç dəfə iş səyahətləri, istirahət günləri çalışmaq, əlavə olaraq gec vaxta qədər çalışmaq, məsuliyyətin artması, cərimələr, keyfiyyətsiz məhsulun və yaxud xidmətini satışın – bunlardan hansı sizi qane edir? Sizə daha bir çox nüans təqdim edə bilərik. Lakin hər şey sizin şəxsi seçiminizdən asılıdır. Nəzərə alın ki, qərar qəbul etdikdən sonra geri atdım atmaq çox çətin olacaq.
Bu iş mənim uzun müddətli karyera məqsədlərimə uyğundurmu?
Bu iş yeri sizin karyeranıza müsbət təsir göstərə bilərmi, sizi özünüzə professional planda təyin etdiyiniz məqsədə çatdıra biləcəkmi? Bir sıra insanlar üçün təyin etdikləri məqsədə doğru getmək çox vacibdir. Bu yolda sizin qarşınıza müxtəlif maneələr və əksinə, köməkedici pilləkənlər çıxa bilər. Bu iş yeri sizin məqsədinizə çatmağınız üçün növbəti piləkən ola bilərmi?
Tələsik və yanlış verilmiş qərarın sizin həyatınıza bir çox təsiri ola bilər. Hər zaman bu təsirləri öncədən təxmin etməyə çalışın, o zaman qəbul edilmiş qərarı və təhlili özünüzə yatırdığınız investisiya kimi görmək olar.