22 C
Baku
Saturday, April 20, 2024

İş vaxtı ilə bağlı normalar, tələblər və yeniliklər – BLOG

Daim işçi və işəgötürən arasında əmək münasibətlərinin ilkin tənzimləmə vasitələrindən biri kimi iş saatlarının götürüldüyünü nəzərə alaraq bu dəfəki yazımızda iş saatı barədə məlumat verməyə çalışacağıq.

1589787244142 sfGYCEXv
Şəhriyar Həbilov

Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtının norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülmüşdür.

Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

İş vaxtının digər normaları aşağıdakı kimidir:

  • 15-16 yaş 24 saat
  • 16-18 yaş 36 saat
  • 1 və 2-ci qrup əlilliyi olan 36 saat
  • Hamilə və ya 1 yaş 6 aylığadək körpəsi olan 36 saat
  • 3 yaşadək uşağı təkbaşına böyüdən 36 saat
  • Əmək şəraiti insan sağlamlığı üçün ağır olan iş yerində (*) çalışan 36 saat
  • Yüksək həssas, əsəb gərginliyi, səhhətə mənfi təsir göstərən amillər olan iş yerlərində (*) çalışan 36 saat

* səlahiyyətli qurum tərəfindən müəyyən edilir.

İşçinin iş vaxtından artıq işə

– təbii fəlakət,

– istehsalat qəzası,

– fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması

– hərbi vəziyyət rejiminin təmin edilməsi

– tezkorlanan malların itkisinin qarşısının alınması məqsədilə cəlb edilməsinə işçinin razılığı və işəgötürənin əmri olduqda yol verilir.

Ağır və zərərli sahələrdə çalışan işçilərin 2 saatdan artıq cəlb olunmasına, xüsusilə ağır və zərərli sahələrdə çalışanların isə ümumiyyətlə cəlb edilməsinə yol verilmir.

Ümumilikdə isə dalbadal gələn iki iş günü işləyən işçi 4 saatdan artıq işə cəlb edilə bilməz.

Aşağıdakı müstəsna hallarda da iş vaxtından artıq işə cəlb edilməyə yol verilir:

Dövlət müdafiəsinin təmin edilməsi üçün vacib işlərin görülməsi

Kommunal xidmət müəssisələrində gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi

İş gününün sonunadək başlanmış və dayandırılması avadanlığın korlanmasına səbəb olacağı üçün işlərin tamamlanması

İşin dayanmasına səbəb olan mexanizmlərin təmiri üçün işlərin görülməsi

Əvəz edən işçi işdə olmadıqda, işə fasilə verilməsi mümkün olmadığı üçün işlərin icra olunması

İşçiyə iş günü üzrə nahar fasiləsi üçün vaxt verilməlidir. İşçinin iş günləri arasında azı 12 saatlıq istirahət vaxtı olmalıdır.

Qanunvericiliyə görə 5 günlük iş rejimində 2 gün, 6 günlük rejimdə isə 1 gün həftəarası istirahət günü verilməlidir.

Həmçinin bayram və qeyri-iş günü sayılan günlərdə də işin görülməsinə yalnız müstəsna hallarda yol verilir.

Xatırladaq ki, əsasən iş vaxtından artıq iş 2 qat ödənilir.

Mövzu çərçivəsində onu da qeyd edək ki, hazırda bir sıra ölkələrdə iş vaxtından sonra işəgötürənin işçiyə email göndərməsi və zəng vurması qadağan edilir. Burada əsas məqsəd iş və şəxsi həyat arasında balansın qorunması, stresin azaldılması və işçinin istirahıt vaxtının səməli təşkilinə imkan verilməsidir. İşçiyə icazə verilir ki, həmin emaili silsin və ya telefon zəngini rədd etsin.

Yekunda isə qeyd edək ki, bəzi ölkələrdə işin xarakterindən asılı olaraq 4 günlük iş rejiminin tətbiqinə keçid başlanmışdır. Təbii ki, bu rejim işin xüsusiyyətləri və işçi ilə işəgötürənin qarşılıqlı razılığından asılı olaraq tətbiq edilir.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər