26 C
Baku
Wednesday, April 24, 2024

İş yerində münaqişə – Orqanizmə necə təsir edə bilər?

ABŞ-ın Portlend dövlət universitetinin alimləri iş yerində münaqişə və neqativ münasibətlərlə psixoloji xəstəliklərin inkişafı arasında qarşılıqlı əlaqəni üzə çıxarıb.

Bu haqda “Occupational Health Science” jurnalında elmi məqalə dərc olunub.

Eksperimentdə bir şirkət və ya müəssisədə çalışan 305 heteroseksual cütlük iştirak edib. Respondentlər iş yerində həmkarlarının etinadsız yanaşması, qıcıqlandırıcı şərhləri və replikaları ilə tez-tez üzləşib-üzləşmədiyi ilə bağlı sualı cavablandırıb.

Bundan başqa, psixoloqlar sınaqda iştirak edənlərin belə hallarla üzləşdikləri vaxt gündə neçə dəfə kofein qəbul etdiklərini və digər təfsilatları öyrənməyə çalışıb.

Məlum olub ki, insanın işdə baş vermiş münaqişələr haqqında qeyri-iş vaxtında düşünməsi yuxusuzluq simptomlarının inkişafına yol açır. Üstəlik, alimlər onu da xüsusi olaraq qeyd edirlər ki, yuxu ilə bağlı problem həmin şəxsin həyat yoldaşı və ya onunla yatağı bölüşən şəxsə (eyni yerdə işlədikləri təqdirdə) də sirayət edir.

Bu, onunla əlaqədardır ki, eyni şirkətdə çalışan cütlüklər kollektivdə baş verənlərlə bağlı məlumatlı olur və sevgilisinin və ya həyat yoldaşının barəsində giley-güzar etdiyi şəxsi yaxşı tanıyır. Bu, onların evdə olanda da iş yerində baş vermiş münaqişəyə “köklənməsinə” səbəb olur.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər