Kart oyunu və puzzle-lardan ibarət şəkillərin yığılması beyinin fəaliyyət sürətini artırmağa kömək edir. Araşdırmalar göstərir ki, bu oyunlara daha çox zamanını ayıran insanlar məlumatın qəbul və emal edilməsi, yaddaş üzrə olan testlərdən daha uğurla keçirlər.
Beləliklə, işdə bu oyunları oynarkən rəhbərlik tərəfindən ifşa edilsəniz alimlər tərəfindən təsdiq edilmiş bəraətiniz olacaq.
Bundan başqa, alimlər belə iddia edir ki, beyinin fəaliyyət sürətini artıran davranışlar beyinin ayrı-ayrı hissələrində koqnitiv funksiyaların qorunmasına kömək edir ki, bu da Alzeymer xəstəliyinin yaranması ehtimallarını azaldır.
Böyük Britaniyada Alzeymer xəstəliyinin araşdırılması mərkəzində ictimai əlaqələr üzrə menecer Laura Fipps bildirmişdir: “Bu cür araşdırmalar əqli zəiflik və yaddaş qabiliyyətinin enməsi risklərini azaltmağa yönəlmiş amilləri aşkar etməkdə böyük rola sahibdir”.