2 C
Baku
Saturday, December 14, 2024

İSB: “Audatex Azerbaijan”da 5%-lik payın alınması ilə bağlı danışıqlar nəticə verməyib

2015-ci ildə “Audatex Azerbaijan” şirkətinin nizamnamə kapitalındakı 5% həcmində iştirak payının İcbari Sığorta Bürosu (İSB) tərəfindən alınması ilə bağlı danışıqlar nəticə verməyib.

Bu barədə məlumat İSB-nin 2015-ci il üçün maliyyə və investisiya fəaliyyəti ilə bağlı hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, Audatex Azerbaijan” şirkətinin nizamnamə kapitalındakı 5% həcmində iştirak payının İSB tərəfindən alınması ilə bağlı “Audatex (Schveiz) GMBH” və “Sidexa” şirkətləri ilə aparılan danışıqlar nəticəsində ümumi razılığa gəlinmədiyindən 2015-ci ildə iştirak payının alqı-satqısının həyata keçirilməsi mümkün olmayıb. “Bu əməliyyatın 2016-cı ildə icra olunması nəzərdə tutulur”, – deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin qiymətləndirilməsi sahəsində Azərbaycanda vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiqi istiqamətində Büro tərəfindən həyata keçirilmiş işlərin tərkib hissəsi olaraq “Audatex (Schveiz) GMBH” və “Sidexa” şirkətləri ilə Büro arasında 2014-cü ilin dekabr ayında bağlanmış “Birgə fəaliyyət haqqında” müqaviləyə uyğun olaraq müvafiq işlər görülüb. Müqavilənin şərtlərinə əsasən “Audatex (Schveiz) GMBH” və “Sidexa” şirkətləri tərəfindən “Audatex Azerbaijan” şirkəti təsis edilməklə 2015-ci ilin martın 12-də dövlət qeydiyyatına alınıb. Ötən ilin oktyabrın 1-dən etibarən “Audatex Azerbaijan” şirkətinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin qiymətləndirilməsi sahəsində təqdim etdiyi proqram təminatı istifadəyə verilib.

APA

Son xəbərlər
Digər xəbərlər