İşçilərin səhm gəlirləri 10 il müddətinə gəlir vergisindən azad ediləcək

Pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində pay əldə edən işçilərlə bağlı gəlir vergisindən azad edilmə halları olacaq.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı şərtlər daxilində işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay (səhm) üzrə gəlirlər (fayda), habelə belə müqavilələr çərçivəsində əldə edilən aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlir 2027-ci il yanvarın 1-dən 10 il müddətinə gəlir vergisindən azad ediləcək:

– payı (səhmi) əldə olunan və təqdim edilən müəssisənin texnologiyalar parkının rezidenti olması və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmaması;

– payı (səhmi) əldə edən işçinin çalışdığı müəssisədə azı bir il ərzində fəaliyyət göstərməsi;

– payın (səhmin) vergidən azad edilən dəyəri həmin payın (səhmin) xalis aktivlərin dəyərinə mütənasib məbləği (müəssisənin aktivlərinin yenidən qiymətləndirilmə nəticəsində yaranan artım istisna olmaqla) qəbul olunur.

Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər