-1 C
Baku
Sunday, December 15, 2024

İşçilərinizə pulsuz yemək verin

Müəllif: İlkin Manafov, Marketoloq konsultant

Nahar vaxtı işçilərə yemək vermək, əminəm ki, çoxlarımız üçün bir sualdır. Bir tərəfdən bu şirkətin sabit xərclərini artırır, digər tərəfdən bu işə düzgün yanaşdığımız zaman, bu “xərcin” necə böyük divident, investitsiya gətirdiyi ortaya çıxır. Düşünürəm ki, işçiləri naharla təmin etmək onların (daxili müştərilərin) məmnuniyyətini artırmaq üçün strateji əhəmiyyət kəsb edir və sahibkar mütləq işçinin rahat iş şəraitinin yaradılması üçün əlindən gələn hər şeyi etməlidir. Fikrimi bir neçə real biznes keyslərlə əsaslandırmağa çalışacam.

Dünyanın ən böyük avtomobil şirkəti olan Wolksvagen özünün vətəni hesab etdiyi Wolksburg olan fabrikində, şirkətə məxsus fermaya sahibdir. Bu fermanın saxlanılmasında əsas məqsəd alman şirkətinin işçiləri üçün keyfiyyətli nahar yeməyinin hazırlanmasıdır. WV bütün fabriklərində keyfiyyətli, ödənişsiz nahar yeməyi verilir. Xatırladıram ki, bu ənənə şirkətin ilk yarandığı gündən mövcuddur və bir növ tarixi ənənə kimi daim saxlanılır.

Google ofisi… haqqında çoxlarımız bilirik. Google bu işdə bizim düşündüyümüzdən də irəli gedə bilib. Gündə üç dəfə “İsveç stolu” məntiqi ilə işçilərini qida ilə təmin edən şirkət dünyü üzrə ən uğurlu iş icrası əmsalına malikdir.

Yerli şirkətlərimizdə vəziyyət əslində fərqli deyil… FAB boyalarında verilən nahar yeməyi şirkətdə çalışan bütün əməkdaşlara təqdim edilir. Maraqlısı budur ki, şirkət sahiblərindən tutmuş, fəhlələrə qədər hamı bir qazandan və bir yerdən yemək yeyir. Mən bu mənzərəni göründə tam qürur hissi keçirdim. Sevindirici haldır ki, Azərbaycanda da belə sahibkarlar var.
Embawood şirkətidə özünün Masallı fabrikindən qazandığı ənənəni bir-başa olaraq tətbiq edir. Bugün şirkətin butün ölkələrdə olan fabrikində ilk olaraq işçiləri naharla təmin etmək üçün yerlər hazırlanır. Xatırlayıram… o vaxtlar Embawood Ukraynada fabrik açanda bütün ukrayn işçilər çox təəccüblənirdilər ki, Azərbaycan şirkəti burda fabrik qurur və işçilərinə pulsuz yemək verir. Eyni şey şirkətin butün bölmələrinə aiddir. Hətta mağazalarda belə nahar tam ödənişsizdir!

Deyə bilərsiniz keçdiyim misallar böyük və sektor lideri olan şirkətlər haqqındadır və xırda, orta səviyyəli biznes üçün keçərli deyil. Əksinə adlarını sadaladığım şirkətlərin hər biri dediyimiz standartları hələ böyük şirkət olmamışdan qoyub və bu günə qədər də uğurlu davam edir. Ənənələri pozan şirkətlər heç vaxt uğur qazana bilmir. İşçiyə yemək vermək bəlkə də çox bəsit və kimlər üçünsə “gülməli” görünə bilər. Deyə bilərsiniz, düşünə bilərsiniz ki… yemək nədir ki, hələ bir işçi sadiqliyi yaratsın… AMMA, inanın elə deyil. Niyə?
Birincisi işdə verilən dadlı və keyfiyyətli yemək, işçilərlə işə götürən arasında son dərəcə dərin bağ yaradır. İşçiyə yemək əvəzinə pul verdikdə, işçi bu pulu yeməyə xərcləmir… və bir müddət sonra elə gəlir ki, o yeməyə hər dəfə əlavə pul xərcləyir. Lakin bunun yerinə keyfiyyətli və dadlı yemək verməklə işçilər bir növ alışqanlığa keçirlər və şüuraltıda olsa, onlar üçün bu yemək bir dəyər formasına gəlir.

İkincisi kollektiv arası münasibətlər daha səmimi olur. Şirkət sahibləri, rəhbərliyi ilə bir qazandan yemək yemək işçi üçün əlavə stimul verir. Həmçinin bu şirkətdə bərabərlik yaradır.

Üçüncüsü nahar fasiləsinə gedən vaxt daha optimal olur, işçi iş yerindən kənarlaşmır, nəticədə daha çox və səmərəli işləyir. Həmçinin işçi iş yerindən kənarlaşmaqla əlavə düşüncələr və ya konkret biznesə aid olmayan qayğılarla rastlaşır (tıxaclara düşmək öz yerində…).

Dördüncüsü Ucuz başa gəlir.

İşçilərə naharla təmin etmək düşünürəm ki, biznesin miqyasından asılı olmayaraq hər bir sahibkara işçilər qarşısında əlavə dividentlər verə bilər. İşçi məmnun olmadan heç bir biznesdən əlbəttə söhbət gedə bilməz. Axı hər şey evin içindən başlayır!

Son xəbərlər
Digər xəbərlər