10 C
Baku
Wednesday, December 11, 2024

İşçilərinizi nə ilə motivasiya edə bilərsiniz?

  • Əməkdaşlarınızın yanından keçərkən onlarla salamlaşın və adlarını çəkin (Onların adlarını öyrənin, əgər bunu hələ etməmisinizsə).
  • “Təşəkkür”, “Afərin” və s. bu kimi sözləri adi kağız parçasına yazaraq əməkdaşınızın iş masasının üzərinə qoyun.

  • Əməkdaşınızın vaxtından əvvəl getməsinə şərait yaradaraq iş gününü tətil elan edin və yaxud yarım iş gününü ona hədiyyə edin.
  • Şirkətin dəhlizində, yeməkxanada və yaxud mümkün olan istənilən yerdə şirkətin ayrı-ayrılıqda məhsul, layihə ilə bağlı fəaliyyət nəticələrini əks etdirən lövhə asın və həftə, yaxud ay ərzində dəyişən göstəriciləri orada qeyd edin.
  • Həftədə və yaxud ayda bir dəfə əməkdaşlarınıza dadlı nə isə bir şey gətirin. Bu tort, pizza, alma, konfet, fındıq və yaxud popkorn ola bilər.
  • Hər bir əməkdaşın otağının qarşısında onun adını əks etdirən lövhənin olmasına şərait yaradın. İnsanlar öz adlarını görməyə daim şaddırlar və bu zaman özlərini əvəzedilməz hiss edəcəklər.
  • Əmin olun ki, əməkdaşlarınızı yalnızca məlumatlandırmaq deyil, dinləmək bacarığına da sahibsiniz.
  • Adətən fəaliyyəti kölgədə qalan əməkdaşlar üşün xüsusi mükafat düşünün.
  • Həftədə və yaxud ayda bir dəfə adətən üsnsiyyət qurmaq imkanınızın olmadığı əməkdaşlarla görüş təşkil edin. Görüş zamanı onların suallarını cavablandırın və mövcud problemləri ilə maraqlanın.
  • Əməkdaşlarınıza hər hansı vacib məsələdən bəhs edin və onun həlli ilə bağlı variantlarını səsləndirmələrini xahiş edin.

Son xəbərlər
Digər xəbərlər