9 C
Baku
Friday, December 13, 2024

İşçinin məhkumluğunun olub olmamasını necə müəyyən etmək olar?

Bəzən təşkilatlarda elə vəzifələr olurki müdriyyət həmən vəzifəyə götürülən insanın məhkumluğunun olmamasını istəyir. Təbii ki, bunu işçinin özündən bir-başa soruşmaqda mümkündür , amma sualın cavabının nə dərəcədə səmimi olduğuna əmin olmaq mümkün deyildir. Əlavə olaraq elə hallar ola bilərki, müdriyyət bunu təstiq edən sənədin olmasına ehtiyac duysun (müşahidə şurası tərəfindən yoxlama və ya audit yoxlaması zamanı).

Banker.az ekspertlərinin fikrincə bu prosesin ən münasib yolu ASAN xidmət-dən arayışın təqdim edilməsidir. İşçi aşağıdakıları təqdim etməklə ASAN xidmətdən özünün heç vaxt məhkum olunmamağı haqqında (və ya əksinə) məlumat ala bilər:

• ərizəçinin soyadı, adı, atasının adı;
• doğulduğu yer, tarix (gün, ay, il);
• vətəndaşlığı və yaşadığı ünvan;
• şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və onu verən orqan.

Arayışı yalnız hər şəxs özü haqqında ala bilər. Sənəd 1 iş günü ərzində verilir.

Yeri gəlmişkən, arayışın alınması təmamilə pulsuzdur.

Son xəbərlər
Digər xəbərlər